Nə xoşlayıb xanım bilməm
Nə xoşlayıb xanım bilməm, Xərab Kürdəşdi, Kürdəşdi, Gəl Üştibnə təfərrüc qıl, Cənnət bağı Rəşti, Rəşti.
Qoymayaydım qızıl kanda, Çəkəydim olsa hər xanda, Bina qılaydım İranda Dini-Zərdüşti, Zərdüşti.
Talayaydım o Bağdadı, Qalmıyaydı heçcə zadı, Alaydım qəsri-Şəddadı, Dolanaydım həşti, həşti.
Alaydım bir mülki-Rumu, Əkəydim yerində qumu, Qalmıyaydı onda bumu, Olaydılar dəşti, dəşti.
Nəbati, bu cismi-mürdə Aram tapdı bircə xırda. Saqi, çox olmuş əfsürdə, Dur mey gətir kəşti, kəşti.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info