Tərfi-gülşəndə genə bir güli-həmra görünür
Tərfi-gülşəndə genə bir güli-həmra görünür, Türfə xoş-rəngü tərü tazəvü ziba görünür.
Baği-rizvandı bu ya səhni-gülüstani-İrəm, Dövr ta dövr hamı sərvi-dilara görünür.
Laləvü gül qarışıb bir-birə, sübhanəllah! Baxasan hər gülə bir bülbüli-şeyda görünür.
Lohəşəllah, görəsən cənnəti-Şəddadıdı bu Ki, cəmii dərü divarı mütəlla görünür?!
Ən’əməllah ki, bu dərgahi-rəfiayə müdam, Rizişi-ne’mətü ən’am bəraya görünür.
Qəsri-Firdövsə müqabildi bunun xərgahı, Təxti-tavus əcəb aliyü ə’la görünür!
Həşmətü şövkətə bax üzmüdə xuddami-dəri, Hər biri Xosrovü xaqan ilə həmta görünür.
Bu necə bəzmdi, yarəb, bu nə təmkinü vüqar Ki, həmə şərti-ədəb bunda hüveyda görünür.
Həmd qıl iyzədə, torpağə düşüb üz yerə sürt, Binəva, bax göyə gör əfsəri-Dara görünür.
Kimdi bu təxt-nişin səlli əla nami-xuda, Taci-xurşidi Məhəmməd, şahi Dara görünür.
Başını sal aşağı, etmə təkəllüm əsla, Gözünü dik yerə gör tudeyi-ğəbra görünür.
Baxma rüxsarına hərgiz ki, onun hər baxışı, Aşiq öldürməyə bir xəncəri-bürra görünür.
Çeşmi-bəddən bu şəhi saxla, sən ey şahi cahan Ki, bu şah aləmə bir lütfi-xudaya görünür.
Afərin, bəh-bəh əzin şahi-ədalət güstər! Kainat üzrə genə rə’yəti-Kəsra görünür.
Nəqli şirindi bu, ya qisseyi-Yusifdir bu Ki, tamam hərfləri lö’lövü lala görünür?
Bu necə şəkldi, yarəb, bu nə sün’i-qüdrət, Sövləti-Heydəriyü heybəti-Musa görünür.
Surəti-şiri-xudanı necə çəkdi nəqqaş! Ciqqeyi-əfsəri bir mehri-mücəlla görünür.
Saqiya, ruzi-əzəl camına möhtac olalı, Xabə getdikcə, gözə sağəri-səhba görünür.
Səhvdən saxla, dilin, ey dəli kəctabi-zəman Ki, sənin fər’i-ləbin əsl xətaya görünür.
Kimdi bu miri-kərəm, sahibi-şəmşiri-düdəm Ki, minib Düldülə bir qatili-ə’da görünür?
Dövr edər daireyi-ərşdə pərgar-sifət, Kimsə görməz ki, o bir bərqi-müşə’şa görünür.
Şahi-islami, ilahi, bu şəhənşahə müin Eylə, sən kim, səbəbi-rahəti dünya görünür.
“Rəbbi-ərni” – deyərəm ta nə qədər canım var, Mənbəi-cudü səxa bəhri-ətaya görünür.
Qoy desinlər, bəli, məxluq təmami ki, əyan, Sayeyi, mərhəməti-qadiri, yekta görünür.
Üştibində genə iqbali-şəhi-dövranə Bir duaguyi-kəmin bisərü bipa görünür.
Şah tə’rifi əcəb adəmi məğrur eylər, Əlləməllah ki, bu bir şairi-ğərra görünür.
Bu əgər xəlq sözü həmpəri-simürğü deyil, Niyə bəs Qafdə bir bəççeyi-ənqa görünür?!
Bu cünunun sözünə baxma get, ey əqli dayaz, Ki, bunun sözlərinin əksəri lovda görünür.
Xidməti-piri-muğan qisməti-hər dun olmaz, Dəli mehtər genə bir mayeyi-qovğa görünür.
Müddəti lal idi, indi kar olub, həmd olsun! Özü bədxu, sözü bəd, bir şələ sövda görünür.
Dəli-divanə, nə qafil oturubsan hey-hey! Nə’reyi-seyheyi-Şəbdizi səmasa görünür.
Bu, yəqin tərcümeyi-ayeyi-”mahaza”dır Ki, həzin canim əra mehri-Züleyxa görünür.
Nə durubsan, dəxi pişvazə yügür, qıl tə’cil, Ilqa, kim təntəneyi mürşüdi-dana görünür.
Kimdi bu şahi fərü şiri-nərü kuh şükuh, Dağü daş hamı bütün bangi-dəraya görünür.
Yadıma düşdü genə ayeyi-”qulənküntüm”, Cismi zarımda genə bəhri-təvəlla görünür.
Kimdi bu şəmsi-züha, bədri-düca, ərşi-sərir, Allah, Allah, genə bir nuri-təcəlla görünür!
Bariləha, sən onun düşmənini eylə fəna, Şəhri-qəlbimdə genə qəhri-təbərra görünür.
Zar könlümdə genə gərmdi həngameyi-eşq, Dəşti-iməndə genə atəşi-Sina görünür.
Mehtəri-Sədri-cahan bir gözü qan, bir bədməst, Bir çolax, bir gözü kor, bir dili lala görünür.
Kimdi, yarəb, genə bu şəm’i-hüda, mehri-ziya, Mə’dəni-elmi-əla gənci-səraya görünür?
Qəddi-şümşadını gördükcə unutdum sərvi,
|