Şəhrbəndi-dildə bir sultanı gözlər gözlərim
Şəhrbəndi-dildə bir sultanı gözlər gözlərim, Bir şəhi-zərrin kəmər xaqanı gözlər gözlərim.
Qurmuşam dami-həvəs, səyyadi-şahinbaz tək, Başlayıb xoş nəğmə, bir tərlanı gözlər gözlərim.
Əşhəbi-sərsər-xurami hər tərəfdən səyridib, Gəlmişəm cövlanə, bir ceyranı gözlər gözlərim.
Nalə bünyad eyləyib, gözdən töküb rüxsarə əşg, Vamiqi-biçarə tək Əzranı gözlər gözlərim.
Cəzbəsiz aşiq həqiqətdə cəmadi-məhz imiş, Dəm çəkib, bir cəzbeyi-sübhani gözlər gözlərim.
Bir sitəmgər dilbəri-Leyli-vəşin Məcnuniyəm, Düşmüşəm səhrayə, bir üryanı gözlər gözlərim.
Afitabi-eşqimi salmış ziyadən qürbi-vəsl, Mahi-növ tək zülməti-hicranı gözlər gözlərim.
Dürri-guşimdir mənim: “Xeyrül kəlami qəllə dəll”, Məhv edib siparəni, Qur’anı gözlər gözlərim.
Gah təlavət eylərəm “Səb’ül məsan”, gah “Həl’əta”, Gah “Yasin”, gah “Ərrəhman”ı gözlər gözlərim.
Qisməti-əhli-səfadir sureyi-”Tövhidi-pak”, Mən ki, daim badeyi-reyhanı gözlər gözlərim.
Saqiya, bir cür’ə ver şahi-Xorasan eşqinə, Ruzü şəb ol nayibi-mövlanı gözlər gözlərim.
Ya Əli, ya övliya, ya Bülhəsən, ya Butürab! Şiri-həqq bir qüdrəti-yəzdanı gözlər gözlərim.
Lafəta, illa, Əli, laseyf, illa, Zülfüqar Seyheyi-Düldül-fələkcövlanı gözlər gözlərim.
Pərtövi -xurşidi-dərya əks zərrin nə’l mix, Bədri-növ, ya peykəri-Cövzanı gözlər gözlərim.
Təşneyi-cami-visaləm, arzuməndi-visal, Bir Əlliyi-aliyi-ə’lanı gözlər gözlərim.
Xosrovi-gərdun-sərurü padişahi-binəzir, Bəhri-şövkət, bir mələk dərbanı gözlər gözlərim.
Mə’dəni-fəzlü kəramət, mənbəyi-cudü kərəm, Şahi-aləm, xaceyi-Səlmanı gözlər gözlərim.
Ey ərrənlər sərvəri, ya şahi-dəryadil Əli, Mehri-rəxşan, bir məhi-tabanı gözlər gözlərim.
Qüvvəti-bazunu gör, şəmşiri-cövhərdarə bax, Qan tökən bir gözləri qan-qanı gözlər gözlərim.
Bəççeyi-türkəm, dilim türki, kəlamım həcv, məcv, Xançobani can alan, can-canı gözlər gözlərim.
Qoyunu yüz eylədim, bu çöldə qışlaq etmənəm, Zinəti-mülki-Muğan Ultanı gözlər gözlərim.
Fışqırıq çalıb çəkib hey-hayi-hu-hu dəmbədəm, Ağkəmər, Dərgəc, Telazmanı gözlər gözlərim.
Çalkərə, Saqqırkərə, Qumral, Qəmər qoç gəldi qaç, Yüzbasar, Dartantutan, Qaplanı gözlər gözlərim.
Məst olub saqi yıxıldı, etdi qəltan şişəni, Mən hənuz ol sağəri-səhbanı gözlər gözlərim.
Bəndeyi-piri-Muğanəm, həmdəmim cami-şərab, Munisim Hafiz, o xoş əlhanı gözlər gözlərim.
Nöqli-məclis, şəm’i məhfil, hardasan, gəl, ey Hüseyn! Bir qəzəlxan bülbüli-xoşxanı gözlər gözlərim.
Iştiyaqın çox çəkər bu Şah Xətai bəhri, gəl, Dərdiməndəm, neyləyim, dərmanı gözlər gözlərim.
Xizrə qismət oldu, olsun çeşmeyi-abi-bəqa, Mən də zövqi-badeyi-həmranı gözlər gözlərim.
Gənci fəth etdim, tilismin eylədim zirü zəbər, Onda amma bir qəvi Sə’banı gözlər gözlərim.
Yetmək olmaz gəncə, ta öldürməyincə əjdəri, Acizəm, bir Museyi-Imranı gözlər gözlərim.
Əlhəzər bu əjdəhanın sətvətindən, əlhəzər! Bir mühərriq atəşi-suzanı gözlər gözlərim.
Bilmişəm, axır bu köz dəryası qərq eylər məni, Çarə yox, bir gövhəri-qəltanı gözlər gözlərim.
Bir qaranlıq evdə mənzil tutduğum bica deyil, Xizr tək bir çeşmeyi-heyvanı gözlər gözlərim.
Başımın sevdası tüğyan eyləyib çox-çox genə, Bir gözəl, göyçək, əcəb oğlanı gözlər gözlərim.
Mərhəba at oynadan oğlan, zəhi çapuksəvar! Mehtəri-divanə bir Xanxanı gözlər gözlərim.
Səhl sandım eşqi əvvəl, bəs dedim baziçədir, Indii gəl gör, mövceyi-tufanı gözlər gözlərim.
Vadiyi-fəqrü fənadə qalmışam heyranü mat, Həlqeyi-zəncir tək zindanı gözlər gözlərim.
Fariğəm şahü gədadən, künci-vəhdət mənzilim, Bir nəməd, bir pust, bir qəlyanı gözlər gözlərim.
Tərk edib islamı, tutdum məzhəbi-Ruhullahı, Səcdə qıldım xaçə, bir rəhbanı gözlər gözlərim.
Din nədir, məzhəb nədir, mən aşiqi-divanəyəm, Eylərəm məşqi-cünun, cananı gözlər gözlərim.
Məsti-cami-Sədr-afaqəm, qələndər məşrəbəm,
|