TƏRİFİ ”“ GƏNCƏ
Vəh nə yaxşı xəbərnigarın var, Mərhəba Gəncə, mərhəba Gəncə! Pəh, pəh, aləmdə etibarın var, Mərhəba Gəncə, mərhəba Gəncə!
Afərin abinə, həvanə sənin, Elmlilər yatan yuvanə sənin. Müxbiri-baəba-qəbanə sənin, Ümdə bir şəxsi-hiyləkarın var, Mərhəba Gəncə, mərhəba Gəncə!
Qələm əhli olubdur obaşın, Pişirir bir çanaqda bozbaşın, İndi şəxsi-qərəzlə külbaşın, Oynadır xamə, iştiharın var, Mərhəba Gəncə, mərhəba Gəncə!
Olmuş indi mühərririn anan, Fikri ifsad, məsləki-xuliqan, Mərhəba, ay can, mərhəba, ay can, Nə deyim ki, qərəzşüarın var, Mərhəba Gəncə, mərhəba Gəncə!
Kefsiz “Molla Nəsrəddin”, 1909, N 50.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info