EHSAN
Molla, gəlir orucluq, keçdi rəcəblə şəban, Bu mahi-meymənətbəxş oldu yenə nümayan. Bu ayı həq yaratmış həp aylar içrə sultan, Mahi-seyamdır bu, ruzi olur firavan. Hər yanda, hər tərəfdə ehsan, plov, fisincan. Bax bir nə dilrübadır, bangı sapılca, qazöan, Nəğəmati-şişəhayi-qəndabü qəhvə-qəlyan. Bir bəzmi-xubi-dilxah, Pəh, pəh, təbarəkallah.
Dövlətli dəsti-cudin açmış, təlafişandır, Hər şam nəzirü ehsan, bəzmi-gərm əyandır. Mehmansəra bəzənmiş, bir rövzeyi-cinandır. Süfrə açıq sərasər, hər dürlü qüti-candır, Ən başda əyləşənlər əyandı, bəydi, xandır, Bəh, bəh, təmami-məclis molla və rövzəxandır. Bircə nəfər tapılmaz miskin və natəvandır. Bir bəzmi-xubi-dilxah, Pəh, pəh, təbarəkallah.
Ey biəlac, miskin, bilməm nədir bu ahın, Biixtiyar giryən, yorğun, yazıq nigahın. Ətfalın ağlayırmı, sat xərc elə külahın. Rəhm istəmə qənidən, get versin öz allahın, Umma, yazıq, şişərsən, var bunda iştibahın. Bir gün deyil, ay oğlan, həm boylə salü mahın, Ağla, sızılda, yalvar, yoxdur ümidgahın. Çək, çək dərunidən ah, Əlhökmü hökmi-Allah.
Açmış zəbanı vəzin islamiyanə molla, Söylər ki, uymayın ha, baqi deyil bu dünya! Bir dari-hüznü qəmdir, yoxdur sürur, haşa! Təşviqi-ürəfanı guş etməyin, məbada! Bunlardır əsl kafir, ğəva edillə ha, ha, Xod nikxahi-millət, xod rəhnümadı guya, Gör bir nələr yumurtlar, alimnüma axundlar. Əqlü kəmalə pah, pah, Əlhökmü hökmi-Allah.
Kefsiz “Molla Nəsrəddin”, 1909, N 36.
|