MƏKTƏB
Məktəb demə, ondan sarı qəlbim dolu qandır, Bu darülədəbdir desə hər kimsə, yalandır, Cəfər bitirib dərsi, gəlib xeyli zamandır, Baş tüklü, ayaq çəkməli, guya ki, qabandır, Saldat balası, bax, deyəsən lap malağandır.
Qanmaz hələ murdarü təmiz, eyləməz idrak, Bilməz də nədir gürcü, yəhudi nə bu napak, Onda görürəm girdi evə çəkməli bibak, Murdarladı paltar-palası, sanki İvandır. Saldat balası, bax, deyəsən lap malağandır.
Yüz dəfə söyüb söylənirəm, bir tikə qanmır, Murdar, deyirəm, çəkmə də, çernil də, inanmır, Hey qışqırıram, danlayıram, bircə utanmır, Guya ki, bu heyvan nəvəsi zırca çobandır. Saldat balası, bax, deyəsən lap malağandır.
Var idi mənim uşkolaya özgə gümanım. Yoldan çıxacaqmış, nə bilim, tazə cavanım Ağzımda qalır söz, deməyə vermir amanım. Söz torbasıdır, bic qoducaq, ya “mizəqan”dır. Saldat balası, bax, deyəsən lap malağandır.
Nə qorxu bilir, həm nə olur kimsəyə xaze Nə mollaya eylər nə də hükkamə təvaze! Heyf olsun o pullara ki, bu eylədi zaye Şüğli: yazı, məcmuə, qəzet, virdi-zəbandır. Saldat balası, bax, deyəsən lap malağandır.
Bilmir belə işlər həmyanə ziyandır, Öz nəfini qanmır, elm ilə piyandır, Millət deyə ağlar, bir mərsiyəxandır, Anlar hələ sonra, əlhal cavandır.
Məşədi Sijimqulu “Molla Nəsrəddin”, 1908, â„– 22.
|