YOX
Əsməkdə nəsim incə, həva saf, məkəs yox! İxvan uyuyur naz ilə, bidar iki kəs yox! Əlhəq deyil insaf, oyanıqlıq bu həvadə, Əşyadə qımıltı belə, insanda nəfəs yox! Dalmış sanıyorsan kürə dəryayi-sükutə, Olmuş dəli qış, inləməz, avazi-cərəs yox! Çoxdan döyülür el qapısı, sındı ağaclar, Bir zərrə əsər qılmadı, səd heyf ki, səs yox! Təhqir ilə hər kəs ona söylər: yuxu əbdi, Zira ki, həyatə ölü könlündə həvəs yox! Bizardə yurd, ərz mətai buraxılmış, Oğru dolu dörd bir yanı, daruğə əsas yox! Ətraf həramiləri varın soyub almış, Üryandır ayaq, baş, donu yox, qondara, fəs yox! Xəms üstünə təyyarə ilə saldırır olsa, Təxlis üçün ətfalını bir rəs fərəs yox! Sınmış gəmi girdabdə, həp batmağa məhkum, Atmağa nicatı üçün əl telcə də xəs yox! Lüt, ac, ona xoşdur uyusun, qoymayır əğyar, Bu tərzi-fəcianədə, əxbarqü, səs yox! Ərbabın uzun zülmünə, ya səbrinə xəlqin, Bir adil əfəndi ki, çıxıb hayqıra bəs, yox?!
(... O ...) “Tuti”, 1916, â„– 29.
|