Qonaq Kitabı
UŞAQLAR

 

Uşaqlar istərsə seyri-gülüstan,

Nə lazım onlara bağ ilə bostan.

Çiçəklik bu dəbistandır, dəbistan!

Dəbistan bağına girsin, gül olsun,

Özü gül, nəğməsində bülbül olsun.

 

Bu nüzhətgahə gəlsinlər uşaqlar,

Tamaşasını görsünlər uşaqlar.

Qərənfil, lalə dərsinlər uşaqlar,

Alıb dərsü ədəb, hübbül-bəşərdən,

Məhəbbətli çocuqlar həpsi birdən.

 

Edib gülzari-elmü fənnə pərvaz,

Oxu, yazı, ədəb etsinlər ağaz.

Oxusunlar həmahəngü həmavaz,

Ötüb bülbül misali yerbəyerdən,

Məhəbbətli çocuqlar həpsi birdən.

 

Bu gülşəndə bitən sünbül pozulmaz,

Bənəfşə, yasəmən, güllər də solmaz.

Bu gülzarə bərabər gülşən olmaz.

Güli-tər dərməyə gəlsin səhərdən,

Məhəbbətli çocuqlar həpsi birdən.

 

Uşaqlar ta yetib həddi-kəmalə,

Ala ürfanı ağuşi-vüsalə,

Qonub bülbül kimi bir incə dalə,

Təğənni eyləyə elmü hünərdən,

Məhəbbətin çocuqlar həpsi birdən.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info