Ah, bilməm ki, neçün bizdən genə yar incimiş
Ah, bilməm ki, neçün bizdən genə yar incimiş, Boy ayaq altında qalmış, sanki şahmar incimiş.
Bənd edib tərfi-bənaguşunda müşkin zülflərin, Yoxsa bad əsmiş, dağılmış lalə rüxsar incimiş.
Qoymadın bir dəm baxım ol çeşmi-məstin dövrünə, Biz nə qıldıq ta ki, bizdən çeşmi-dildar incimiş?!
Hardasan, ey binəva Məcnun, eşit avazımı, Gəl dəxi bəsdir ki, səndən dəştü kühsar incimiş.
Künci-xəlvətdən ayaq dışqarı basma bir də sən, Qoy gülü əldən ki, səndən səhni-gülzar incimiş.
Tərki-ümmid et təmami-aşinavü dustdən, Bil yəqin vazeh ki, səndən yarü əğyar incimiş.
Bu nə məzhəbdir, nə ayin, ey Nəbati, bir utan, Sən nə kafərsən ki, səndən cümlə küffar incimiş?!
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info