Mənim bu təb”™i-məcnunim genə bəzmi-şərab istər
Mənim bu təb’i-məcnunim genə bəzmi-şərab istər, Əlimdə sağəri-zərrin, gözüm məxmuri-xab istər.
Rəfiqim bir büti-ziba, ənisim sağəri-səhba, Əsasi-eyş pabərca, könül çəngü rübab istər.
Gəhi mütrib nəvasından fərəh bulsun dili-zarım, Gəhi saqi əyağından ləbim şəhdi-müzab istər.
Bahar olcaq, müsəlmanlar, mənim bu gərdişi-könlüm Özün meyxanə küncündə yıxıb məstü xərab istər.
Sənəmlər səcdəsi qılmaq Nəbati pişəsi olmuş, Özün bütlər ayağında təkəllüfsüz türab istər.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info