Ta ki, oldum aşinə ol rindi-sufirəngə mən
Ta ki, oldum aşinə ol rindi-sufirəngə mən, Badə verdim əqlimi, düşdüm xəyali-bəngə mən.
Tutmuyum vəhşi kimi səhradə məskən, neyləyim, Aşiqəm bir dilbəri-əyyarü şuxü şəngə mən.
Bundan öncə hər cəfa qıldın – təhəmmül eylədim, Indi rəhm et, gəlmişəm hicran əlindən təngə mən.
Rəhm qıl, insafə gəl, ahım şərarından saqın, Tutiya tək nərm olur, salsam nəfəs, gər, səngə mən.
Satmışam mən baği-rizvani, Nəbati, bir cövə, Bu cahan mülkün sərasər almanam bir dangə mən.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info