Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım
Nə müddətdir məni-biçarə, yarəb, yarsız qaldım, Pozuldu rövnəqim, dağıldı ev, pərkarsız qaldım.
Kimə izhar edim dərdim, hanı bir məhrəmi-əsrar? Qəmim çox, qəmküsarım yox, əcəb qəmxarsız qaldım!
Diriğa, bilmədim qədrin mən ol yari-vəfadarın! Əcayib səxt-canəm, yarsız mən arsiz qaldım?!
Qəmi-hicranə yandırdın məni, ey çərxi-dun, bəsdir! Rəhim isminə Allahın deyim iqrarsız qaldım.
Nəbati, tövbə qıl, imanə gəl, əfsanə danışma, Nola bir yol desən kim, ya Əli, mən yarsız qaldım.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info