Düşəli eşqə xarü zar oldum
Düşəli eşqə xarü zar oldum, Şəm’ tək dudi-ahə yar oldum.
Yandırıb xirqəni, ridanı tamam, Şeyx Sən’anə nəngü ar oldum.
Dedilər adımı Xərabati, Xəlqə bir küfri-aşikar oldum.
Təngə gətdi məni məlamətlər, Sakini-dəştü kuhsar oldum.
Dərdi-hicranə tapmadım çarə, Künci-vəhdətdə bərqərar oldum.
Eylədim malü dövləti bir-pust, Nə əcəb şahi-tacidar oldum!
Çün Nəbati unutdu dünyanı, Mən də bu xəlqdən kənar oldum.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info