Nisbət sənə”™ ey şux, Züleyxa ola bilməz
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməz, Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.
Ahuyi-Xütən səndən alıb tərzi-nigahı, Gülbərgi-ləbin tək güli-həmra ola bilməz.
Etmən gözünü nərgisi-şəhlayə bərabər, Zülfi-siyəhin tək şəbi-yəlda ola bilməz.
Can nəqdinə bir busa kərəm qıl, səni tari, Dəxi demə “əl çək” ki, bu sevda ola bilməz.
Məndən sənə icz eyləmək olsun gecə-gündüz, Səndən mənə hey naz ki, haşa ola bilməz.
Bəs ki, məni görcək mənə vəhşi kimi baxdın, Indi dəxi Məcnun mənə həmta ola bilməz.
Çox eşqə düşən aşiqi-biçarəni gördüm, Heç biri Nəbati kimi şeyda ola bilməz.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info