Olmadı mümkün edim halımı cananə ərz
Olmadı mümkün edim halımı cananə ərz, Mur nə qism eyləsin şahi-Süleymanə ərz.
Tab ola gər aşiqə yar üzün görməyə, Şəm’ə edər hər gecə dərdini pərvanə ərz.
Surəti-divar tək olmasa gər lalü məhv, Dərdin edər yarına aşiqi-divanə ərz.
Badi-səba, fəsli-gül gülşənə etsən xuram, Hali-pərişanım et sünbülü reyhanə ərz.
Şə’şəeyi-arizin aldı gözümdən şüa’, Qoymadı halım edim ol məhi-tabanə ərz.
Çahi-məzəllətdə bənd Bijən olub müstəmənd, Halın onun kim edə Rüstəmi-dastanə ərz?
Gərdişi-çərxi-fələk olmasa kamımca gər, Dərdi-dilim eylərəm şahi-Xorasanə ərz.
Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda, Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz.
Səhmi-şəbi-tardən olma, Nəbati, məxuf, Dadi-dilin etgilən sureyi-Imranə ərz.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info