Eşq camından içən kimsənə huşyar olmaz
Eşq camından içən kimsənə huşyar olmaz, Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Qorxu bilməz, eləməz şahü gədadən pərva, Məst-məstanə gəzər, kağəzü tumar olmaz.
Buteyi-hicrdə bülbül kimi əfğanə gəlir, Qeysi-biçarə kimi vəslə xəridar olmaz.
Tərk edər ləzzəti-dünyanı, keçər canından, Sikkəni dağ qılar, talibi-dinar olmaz.
Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa, Zilləti fəxr bilər, zərrəcə bizar olmaz.
Alışı şəm, kimi, odlaşı pərvanə kimi, Can verər yarə, Nəbati kimi biar olmaz.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info