Qonaq Kitabı
Pürşərab olsun həmişə uş bu cami-dustkam

 

Pürşərab olsun həmişə uş bu cami-dustkam,

Məclis içrə düşməsün ol dust əlindən mey müdam.

 

Saqiya, ol cami sən doldur təmamət, sun bizə,

Ömrü nöqsan olsun anın kim, dedi anı həram.

 

Badədən pürdür sürahi, damənində ol müdam,

Sanasan güllər bitər pəhluyi-sərvi-xoş xuram.

 

Zəhi gülzari-müsəffa, zəhi cami-pür səfa,

Ol bizə eylər təvazö, biz ana hər dəm salam.

 

Fikrü zikrim hər dəm ol sultani-aləmdir mənim,

Bu Xətayi xəstə anın Qənbərinə bir qulam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info