Qonaq Kitabı
Daneyi-xalin görəndə mürği-dil pərvaz edər

 

Daneyi-xalin görəndə mürği-dil pərvaz edər,

Qeyb ikən dəmdə əsrari-məani baz edər.

 

Dastani-hüsnini, ey dust, dər fəsli-bahar

Guşeyi-gülşəndə bülbül sübhdəm ağaz edər.

 

Görmədi bir gəz günah ol şahi-xuban ah kim,

Ögrənibdir kim, mana hər ləhzə yüz min naz edər.

 

Ey könül, qatlan vüsalın istər isən daima

Hər cəfalər kim, sana şol dilbəri-tənnaz edər.

 

Ey Xətayi, afərin qılmaq gərək idrakına,

Böylə tər sözlər məgər kim, Sədiyi-Şiraz edər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info