Qonaq Kitabı
Din Məhəmməd dinidir səlla əla sahib vüqar

 

Din Məhəmməd dinidir səlla əla sahib vüqar.

Kövsərin suyin verən şahım Əlidir şəhsüvar.

 

Həm səxidir, həm səxadır, kainatın eynidir,

Kimsə nə bilür, anın sirrin bilür pərvərdigar.

 

Dedilər kim, bu cəhanın nuri kimdir, kim ola?

Mir Həsəndir, şah Hüseynin alı oldu yadigar.

 

Daş yarıldı, çıxdı Düldül yəhərü yügən ilə,

Ey münafiq, yola gəlgil, eyləmə şahdan kənar.

 

Xandan varsa, ey Xətayi, sən bu ləfzi söyləgil;

“Lafəta illa Əli, lasöyfə illa Zülfiqar.”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info