Qonaq Kitabı
Ta qıldı təcəlli bu mənim könlümə Allah

Ta qıldı təcəlli bu mənim könlümə Allah,

Lütf eylə eyvüllah,

Firqətdə yanan könlümə vəsl irdi bədilxah

Əlminnətülillah.

Nigah irişdi mənə ilham ze həzrət,

Qəflətdən oyandım,

Vəhdət günəşi doğduvü şam oldu səhərgah,

Qəm qalmadı billah.

Əz qeybi-hüviyyət mana nitqi-əhədiyyət

Ayıtdı, fəqir ol,

Tərk eylədim uş mülk ilə malü vətənü cah

Yüz dutdum iləllah.

Fani oxuram dünyanı əz ruyi-həqiqət,

Didara dəyişdim.

Təcrid olub ayıtdım ki, təvəkkəltü əlallah,

Qül külli minallah.

Hər nəsnə irişdi mana əz ruyi-məhəbbət,

Əz-həzrəti-ali,

Rədiyyət ilə nəsnəyə mən qılmadım ikrah,

Ta olmaya birah.

Mə’şuqi-həqiqi zi kərəm çünki buraxdı,

Bürqə zi rüxi-xud,

Məhv oldu fələklərdə kəvakib, günəşü mah

Qıl səcdə bedərgah.

Gəl arif isən qoyma Nəsimi, dəmin əldən,

Sən adəmi tanı,

Ürfan ilə qıl dünyada bazar məallah,

Ta qıla nəzər şah.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info