Qonaq Kitabı
CAMUŞÇU VƏ SEL

 

Bir kişi saxlayırdı bir camuş,

Su qatırdı südə, edirdi füruş.

 

Yağdı şiddətlə bir yağış nagah,

Kişinin vəzi-hali oldu təbah.

 

Tudu dünyanı sellərin cuşi,

Dər-zəman aldı, getdi camuşi.

 

Kişi ağlar göz ilə qıldı fəğan;

Söylədi oğlu: “Ağlama, baba can!

 

Çünki su südlərə tüfeyl oldu,

Qatdığın su yığıldı seyl oldu.

 

Indi camuşunu apardı isə,

Başına məhşəri qopardı isə.

 

Söyləmə kim, fələk qəzasıdır ol,

Tutduğun işlərin cəzasıdır ol”.

 

 

İlk dəfə “Günəş” qəzetində (26 dekabr 1910, â„– 101) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info