Qonaq Kitabı
BAYATILAR

Xətayi, can arxına,                             

Əhli-ürfan arxına.                           

Mərifətdən su gəlib,

Tökülür can arxına.

 

 

Könül vermə nadana,

Haqqı inkar edənə,

Müridəm, haqq demişəm

Məhəbbət xanadana.

 

Xətayim der bayağı,

Atılandır bayağı,

Quşlarda nə quşu var,

Təpəsində ayağı?

 

Xətayiyəm han gəldi,

Mürdə cismə can gəldi,

Yəqubi-zar olmuşam,

Yusifi-Kənan gəldi.

 

 

Xətayiyəm, xəttaram,

Həq sirrinə səttaram,

Həkimlərin dərmanı,

Təbiblərə əttaram.

 

Xətayiyəm bir halım,

Əlif üstündə dalam.

Sufiyəm təriqətdə,

Həqiqətdə abdalam.

 

Xətayim, ver cəvablən,

Qırmızı gül gülablən,

Səndən can əsirgəməm,

Zira kim, bir hesablən.

 

Xətayi Mehdi oldu.

İmamlar cəhdi oldu,

Gətir, getdi qəm-qüssə,

Şadilik vaxtı oldu.

 

Xətayi, işin düşər,

Gəlib-gedişin düşər,

Dişləmə çiy löqməni,

Yerinə dişin düşər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info