KƏND MƏKTƏBİNDƏ
M ü ə l l i m (şagirdə). Atan var? Ş a g i r d. Var. M ü ə l l i m. Anan var? Ş a g i r d. Var. M ü ə l l i m. Neçə qardaşsınız? Ş a g i r d. Üç! M ü ə l l i m. Neçə bacın var? Ş a g i r d. Beş. M ü ə l l i m. İndi, hesab elə gör sizin külfətdə neçə adam var? Ş a g i r d (bir qədər fikirdən sonra). Mirzə, on bir adam var. M ü ə l l i m. Neçin on bir olsun? Bu ki, on eylər? Ş a g i r d (utana-utana). Mirzə, axı dədəmin iki arvadı var.
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info