Qonaq Kitabı
MƏKTUB (104)

 

25 avqust, 1929, Kislovodsk.

 

Teymur!

 

Avqustun axırı üçün mən Bakıda olacağam və axırınacan Şuşaya Midhət, Ənvər və sənin üçün 60 manat yol pulu göndərəcəyəm. Hərçənd mən eşitmişəm ki, sən Şuşada qalmaq və orada hazırlaşmaq istəyirsən, mən buna razı ola bilmərəm, çünki oradakı hazırlaşmanın nə faydası? O biri tərəfdən sən gərək sentyabrın biri üçün Bakıda olasan ki, Əskərxanın otağına köçüb onu həmişəlik bizim əlimizdə saxlayasan. Əgər sən möhkəm qət eləmisən ki, bu il Bakıya gəlməyəsən, onda heç olmazsa bunun xətrinə gərək müvəqqəti gələsən. Güman eləyirəm elə belə də olacaq.

Tiflisə həkim Yeritsyana Həmidə xanım barəsində məktub yazdım. Bilmirəm ondan bir cavab almışsınız ya yox! Qoy Həmidə xanım avqustun axırlarında bu barədə mənə, Bakıya kağız yazsın (Mən Bakıda olacağam). Uşaqlar avqustun axırından o yana yubanmasınlar.

 

Cəlil.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info