Qonaq Kitabı
Mürşidlikdən sizə budur, ərənlər

Mürşidlikdən sizə budur, ərənlər,

Hər nə istər, mənzil nərə buluna.

Günəş kimi tülu edə bürcündən,

Ay ilə gün doğub onda doluna.

 

Mürşid oldur talibini bişirə,

Əlin alıb azmaqlıqdan devşirə,

Gündə min gəz təbər vursa başinə,

“La” deməyə ver nəsibin alana.

 

“La” der isə nəsibini verməgil,

Nəfsi yamandır, yanında durmagil,

Ölür isə namazını qılmagil,

Səd hezaran lənət onun canına.

 

Talib demə pir yanında utana,

Talib dönməz pir yanında ötənə.

Güman ilə yatur olsa sitəmə,

Yuma onda murdar göndər sininə.

 

Pir oldur ki, pir yurdunda otura,

Talibin nöqsan yerini yetirə,

Təsəlli verübən yola gətirə,

İrişdirə dörd qapunun cəminə.

 

Xətayiyəm, çar guşəyi gəzərəm,

Eşq kitabın oxuyuban yazaram,

Mürşidinə kəc baxandan bezaram,

                                     Nə çağıram, nə xud varam yanına.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info