Ah, səhər-səhər
Doğanda ülkər
Bəsti qoluna
Güvənir ellər.
Gülür çiçəklik,
Hər qaya, hər dik,
Sənə söz qoşur
Xınalı kəklik.
Açıldı sazım,
Söhbətim, sazım
Sən hünər göstər,
Mən şeir yazım.
Səhər-səhər gül,
A saçı sünbül!
Desin şərqini
Şair və bülbül.