Ey güli-susən, səni bir natəvan çəkmiş məgər?
Bir məhi-ali məqamə bəndivan çəkmiş məgər?
Beylə tarik rəng ilə girmiş o qəsrə bilməyib,
Sillələr rüxsarınə ol bağban çəkmiş məgər?
Çünki bu gülşəndə sərkərdan gəzənlər çoxdu, çox,
Ol səbəbdən pasibanlar xoş nişan çəkmiş məgər?
Rəngü buyindən müzəyyəndir büsati-bəzmi-gül,
Xameyi-nəqqaşi-qüdrət gülsitan çəkmiş məgər?
Bu qədər lütfü nəzakət kim sənin hüsnündədir,
Lütfi-təbilə səni ol Natəvan çəkmiş məgər?