Ey dil, baxırmısan gölü dərya bilənlərə,
Zaği-siyahı[i] bülbüli-şeyda bilənlərə.
Bir aşiqi-həqiqi demək heç rəvamıdır
Daim məkani-aşiqi səhra bilənlərə?
Səhrayə düşsə də yenə Məcnunmu söylənir
Hər bir səfilə düxtəri Leyla bilənlərə?
Оlsun həram nuri-bəsər, əsri zövqdə
Şəmi-zəifi bir yədi-beyza bilənlərə.
Оlmaz nəsib şagüli-qönçeyi-həyat
Hər bir təbibi həzrəti Isa bilənlərə.
Varkən həyatı guşeyi-zindan məkan оlur
Hər zövceyi-əzizi Züleyxa bilənlərə.
Həsrətkeşi-təkəllüm оlur[ii], daima nəsib
Sina misalı hər dağı guya bilənlərə.
Zövqi-həyatı anlamayıbdır demək gərək
Qəsdi-həyatı cifeyi-dünya bilənlərə.
Cəfər, həmişə hikməti-xilqət nihan оlur
Zatın zəkavü əqlə mübərra bilənlərə[iii].
[i] Qara qarğa.
[ii] Danışan.
[iii] Bu beytin mənası belədir: öz zatını, nəslini ağıldan üstün tutan adama dünyanın hikməti gizlin qalar.