Ey dəhanın püstəvi lə’li-ləbin innab tək,
Qamətin sərvü yüzün xurşidi-aləmtab tək.
Saru don içində açılmış cəmalın gül kimi,
Zəfər anzar içrə etmiş laleyi-sirab tək.
Görgəli hüsnün bolubdur pərdeyi-dil çak-çak,
Əski kətanə toxatmış pərtövi-məhtab tək.
Bir vərəqdür çöhreyi-zərdim ləbaləb dərdi-dil,
Əşki-şəngərfi ana hər yan çəkilmiş bab tək.
Navəkin peykanləridür oda yanmış könlümə,
Pənbə birlə xəstə ağzına tökərlər ab tək.
Ey gözüm, xali dəgül bir dəm cigərxun Kişvəri,
Bir qurusa bir dökülür gözləri dolab tək.