Öldürmə cövr ilən məni kim, yarunam sənün,
Qıl bir nəzər ki, yari-vəfadarunam sənün.
Canü cahanü dinü dilü səbrü huş ilə,
Ey gövhəri-yeganə, xəzinədarunam sənün.
Can ver iki ləbindən, əgər yarisən mana,
Ey çeşmeyi-həyat ki, bimarunam sənün.
Özgə həvavü özgə həvəs məndə qalmadı,
Ey sərvinaz, ta ki, həvadarunam sənün.
Gülzari-hüsndür yüzün vü bəndə Kişvəri,
Şirin kəlam bülbüli-gülzarunam sənün.