Ey xəti-səbzin Xızr, vey çeşmeyi-heyvan ləbin,
Arizin baği-behiştü ğönçeyi-xəndan ləbin.
Höqteyi-yaqutdur ağzın, kəlamın sirri-ğeyb,
Dişlərün nasüftə lö’löyi-tərü mərcan ləbin.
Gözlərün hər baxışı tiği-əcəl tək can alur,
İsiyi-Məryəm təki ölüyə verür can ləbin.
Xali-mişkin kim, düşübdür ləlün üzrə xal iməs,
Bil kim, alundur xərac mülki-Hindistan ləbin.
Kafiri-eşq oldu miskin Kişvəri axir nəfəs
Nola gər ağzına qoysa şərbəti-iman ləbin.