Afitabi-dilbəri ruyi çün mahındır sənün,
Afitabə sayəban türfi-külahundur sənün.
Şö’leyi-şəm’i-hidayətdür cəmalun dilbəri,
Sürmeyi-çeşmi-məlayik xaki rahındur sənün.
Sübhi-eydümdür visalun, həm xəti-səbzin bərat,
Leylətül-me’rac həm zülfi-siyahındur sənün.
Kirpigün navəkləridür könlümün çakin tikən,
Yürəgim qan eyləyən əgri nigahındur sənün.
Xəstəxatir Kişvərini özgələr tək görmə kim,
Sidq ilən bir bəndeyi-biiştibahındur sənün.