Ol ki, verdi şəm’hüsnünə cahanəfruzluq,
Verdi sənsiz təlxiyi-hicran bizə noruzluq.
Zülfi-mişkinün ələm, sən padişahi-mülki-hüsn,
Xanda kim, varsan sana Tanrı verür firuzluq.
Gərçi pərvanə verür can şəm’nin yüzi görüb,
Görsədür pərvanə içün şəm’ həm dilsuzluq.
Bilməzəm ol tiflnün amuzgari kimdürür
Kim, qılur peyvəstə təlimi-cəfa amuzluq.
Ögrənür hər kim ki, var mülki-cahanda pür hünər,
Kişvəriyi-xəstə ögrənmiş bəlaənduzluq.