Məndən, ey naseh ki, rüsvayi-cahanam yarsız,
Arü namus istəmə kim, aşiq olur arsız.
Köksümün çakindən aldı ləşgəri-ğəm canımı,
Meyvənün taracıdur, çün bağ ola divarsız.
Səbrü aramım, bu möhnət günlərində qoydular,
Mən ğəribi-natəvanı yarsız, ğəmxarsız.
Kakilün tək, ey mənim canü cəhanım hasili,
Qalmışam sevdaivü sərgəştəvü pərkarsız.
Yar vəsli istər isən, hicrə qatlan Kişvəri
Kim, cahan bağında bir gül bitməz olur xarsız.