Ey yüzün sübhü saçın hər yan qaranğu şamlar,
Ləblərin innab, iki çeşmin siyəh badamlar.
Bulmasın, barın deyib, könlüm evi sən girgəli,
Gözlərimnün şişəsidür ona rövşən camlar.
Çöhrəmi altun tək anunçün qılıb mən eşqara
Kim, qılurlar meyl altun sarı siməndamlar.