Çağırdın, ey səmənsima, yanağuna düşən tərdür,
Kətan yaglığ bilə ol tərni, ey simin bədən, dərdür.
Nigara, laləvəş yüzündə mişkin danəyi-xalin
Gülə qonmuş çibin, ya oda düşmüş bir səməndərdür.
Qonan şəbnəm dəgül gül yaprağına bağara, bil kim,
Güli-ruyun görüb yuzinə xiclətdən qonan tərdür.
Ləbin ol abi-heyvanü xətin ol sərvdür, cana
Ki, cuyayi anun Xızrü tələbkari Skəndərdür.
Qıl uci qayğusin çəkməz cahan zirü zəbər bolsa,
Qələndər Kişvəri kim, pərvəri baglu qələndərdür.