Ol türki-pərivəş ki, gözü eyni-bəladur,
Mehrabi-qaşı bilə gözü qiblənümadur.
Xətti Xızrü lə’li-ləbi çeşmeyi-heyvan,
Zülfi pəri-tavus, vəli bağrı qaradur.
Sənsiz nəfəsi-könlümə yox rahətü aram,
Bilmən niyə bu qan ola sinə, nə bəladur.
Bir söz bilə yüz mürdəyə can verdi dodağın,
Ağzıncə əgər var, vəli dari-şifadur.
Təbrizdə çox sərvqəd, lalərüx, əmma,
Mən sevdügüm ol səbzxət, al qəbadur.
Mən bəndəni məhrum qılıb sən eşigindən,
Adil şəhidən zülmü tə’əddi nə rəvadur.
Ta xani-Nəvaidən alur çaşniyi-şeir,
Qul Kişvəri üşşaqara bir əhli-nəvadır.