Səlamət əhlini xunxarə çeşmin nagəhan görgəc,
İrür xöşbəxt onun tək kim, hərami karivan görgəc.
Xuraman qəddini görgəc məni-divanə can verdim,
Uş andaq kim, verür can tilbə it abi-rəvan görgəc.
Saçun fikridürür könlümdə, yox təskini anunçün
Necə uysun bir av qoynunda tulğanmış yilan görgəc.
Bəzətmiş zərvərəq birlə yüzü tərk azdurdu könlümni
Ki, tiflin meyi çoxraqdur vərəqi-zərfişan görgəc.
Nişani-xaki-payini öpərmən xanda kim, görsəm,
Anun tək kim, öpərlər xəlq sultandan nişan görgəc.
Sarı don içrə ta görsəni laləm təhəyyürdən
Ki, çıxmaz üni bülbülnin gülüstani xəzan görgəc.
Səri-kuyində anmaz Kişvəri firdovsi-gülzari,
Mühəqqər bağı unutdu behişti-cavidan görgəc.