Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana,
Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana.
Səndən ayru kim, diri qaldım anunçün dəmbədəm,
Dişləyib ağzımda əngüşti-nədamətdür mana.
Sanma kim, yağan doludur hər bahar əflakdən
Kim, zəmanə yağdırıb; səngi-məlamətdür mana.
Gözlərün dövrində, yarəb kim, zəvali bulmasın
Guşeyi-meyxanə kim, cayi-iqamətdür mana.
Mən məlamət kuyinin ovbaşiyəm, ey Kişvəri,
Adı bədnam eyləyən rindü səlamətdür mana.