Külәk qalxıb һaray salır,
Maral gölә yetişmәmiş.
Gün darıxır, qaş qaralır
Köç mәnzilә yetişmәmiş.
Can alışıb qora dönür,
Yaş yanağa yetişmәmiş.
Qara tellәr qara dönür
Әl darağa yetişmәmiş.
Yollar, izlәr buz bağlayır,
Vaxt çillәyә yetişmәmiş.
Hәştad bizi yaxalayır
Yaş әlliyә yetişmәmiş.