Hәyәtә qar yağır;
Hardasa indi
cığırlar kәsilib,
izlәr tutulub.
Hәyәtә qar yağır;
һardasa indi
Dәrәlәr, tәpәlәr
keçilmәz olub.
Həyətə qar yağır,
һardasa indi
Maşın yoldan çıxıb,
sürücü yorğun…
Hәyәtә qar yağır;
һardasa indi
Ceyran sürüsünü
Tәntidib çovğun.
Hәyәtә qar yağır;
һardasa indi
soyuqda, şaxtada
ölәnlәr dә var,
Hәyәtә qar yağır;
һardasa indi
Qar topu oynayıb
gülәnlәr dә var.
Hәyәtә qar yağır;
һardasa indi...