Vicdan nədir? - Bilirsənmi bu mənəvi bir qüdrət?
İnsanlara eyiliyi, kötülüyü bildirən.
Zülmə qarşı ən sovlətli, ən qəhərli bir qüvvət,
Beyinlərdən cəhlin pasın duyğulara sildirən.
Ədalətli bir hakimdir, şəfəqqətli bir pədər,
Mürüvvətli bir komandan, cəsarətli bir əsgər,
Ən bilikli bir mürşiddir, ən bilikli bir rəhbər,
Odur bizi dadlı-dadlı əməllərlə güldürən.
O qüvvədir - insanlığı, ədaləti ararkən,
Ruhumuzu düşündürən, hal sözünü dinlədən.
O qüvvədir - bir fənalıq, bir haqsızlıq yaparkən,
Ələmlərlə, xılcanlarla könlümüzü donduran!
Bu mürşidin sözlərini dinləməyən bir alçaq,
Vicdansızdır, ədəbsizdir, insanlıqdan pək uzaq!
İnsanları insan edən o qüvvədir bir, ancaq!
Mənən odur, hər bir kəsi dirildən və öldürən!
Bu qüvvəyə baş endirən, səcdə edən insanlar!
Mələklərdən uludur!
Bu pəridən ürküb qaçan vicdansızlar, nadanlar,
Şeytanların quludur.