Hasar olub tənimə çünki atəşi-ahım,
Odur ki, kimsə yaxından deyildir agahım,
Cahanda varsa əgər bir bilən, bilir ancaq,
Mənim bu könlümü bir mən özüm, bir allahım.
* * *
Gündə min rəngə salır buqələmuntək özünü,
Məəhaza, yenə, millət deyə fəryad eylər,
Para ver tək, boyasın hiylə ilə üz-gözünü,
Bu da bir qəm ki, bizi hiyləgər irşad eylər.
***
Ey məni-bədbəxtə qanmazlıq yolun təklif edən,
Başqa bir şey bilməm ancaq, anla mən də mahirəm.
Bəndi-bəndimdən cüda eylərsələr də qorxmaram,
Söylərəm, düz doğrunu, çün biədəb bir şairəm.
* * *
Bir pərisurət, mələksiyrət əlindən son zaman
Könlüm olmuş parə-parə, sinəm olmuş dağidar!
Aldığım bu yarələrdən bir şəfa bulmam yəqin
Laməhalə surətim qalsın yanında yadigar!