Dün gecə məclisi-üns içrə nigarı gördüm,
Görməmişdim neçə müddətdi o yarı, gördüm.
Gözümün nuru gözümdən gedəli görməz idim,
Nurə gəldi, yenə ol çeşmi-xumarı gördəm.
Lalələrtək açılıb güldü könül yarələri,
Necə birdən-birə ol laləüzarı gördüm.
Dağıdıb sinəsinə zülfünü qıldı əfşan,
Könlümün getdi bütün səbri-qərarı, gördüm.
Bir para canalıcı sözlər eşitdim, Bədri,
Olmadı leyk gedib, qəri-məzarı gördüm.