Nə istiğnadır, ey gül, göstərirsən bülbüli-zarə,
Qəmi-hicrindən olmuş qönçələrtək könlü sədparə.
“Ənəlhəq” söylərəm eşqində, dincəlməm gecə-gündüz,
Çəkilsəm mən yoxumdur bak əgər Mənsurtək darə.
Günahim sabit eylə xəlq görsün kim, günahkarəm
Günahım yox ikən mən binəvanı yaxma odlarə.
Könul verdim sənə, ey şux, ta xoş olsun əhvalım,
Gecəmtək gündüzüm də imdi hicrindən olub qarə!
Nədən rəhm etməyib dərdi-fəraqə hicr dəştində,
Qoyub Bədrini həsrət gül üzarə, etdin avarə.