Hər gün görüb ol arizi ali, yanıram mən!
Həm arizi-alindəki xali, yanıram mən!
Yox çarə o məhruyə könül vermədən özgə,
Yox könlümün heç başqa xəyalı, yanıram mən…
Dün gün mənə qəflətlə o zalim bir ox atdı,
Könlüm quşunu qıldı yaralı, yanıram mən.
Əzbəs ki, məni atəşi-hicrə atıb ol şux,
Bədri kimi mən başıbəlalı, yanıram mən.