Nə qədri var nəfəs təndə çək istibdad əlindən dad!
Cahanı yandırıb, məhv eyləyən Şəddad əlindən dad!
Giriftar eyləyib həmnövini zənciri-zülmündə,
Tərəhhüm bilməyən cəlladi-biimdad əlindən dad!
Ədalətnami namilə saçan afaqə min fitnə,
Səxavətsiz, amansız hiyləgər səyyad əlindən dad!
Görüb bir bunca zillət, canımı tərk etməyən, ya rəb,
Bu nəfsi şum əlindən həm dili-naşad əlindən dad!
Təməllüq qılma, Bədri, zalimə yüksək sədalərlə,
Yorulma, düşmə, məyus olma, çək fəryad, əlindən dad!