Ah!.. görsəm üzünü bir də əgər cananın,
Çəkmərəm bir daha dərdü qəmini dünyanın.
Sürtərəm kuyinə hicrində saralmış üzümü?
Ataram daşını bir dəfəliyə hicranın.
Bir günəşsən ki, görüb arizini aləmi-şəms,
Oldular daireyi-eşqdə sərkərdanın.
Oxunur gözlərinin ayəsi Quran kimi, leyk,
Çox çətindir iç üzünü dərk oluna Quranın.
Harda görsən o pərisurəti, qıl səcdə ona,
Eşqdə səhvini bildir hamıya şeytanın.
Nola, kim, axiri-ömründə səni Bədriyi-zar -
Görə bir dəfə, verə canın, ola qurbanın!