Oldu, yarəb, həlak insanlar!
Suvarıb torpağı qızıl qanlar
Oldu çöllər cavanlara mədfən,
Çoxlarına nə qüsl var, nə kəfən.
Sinəsi dağlı, gözləri giryan,
Minlər ilə ana edər əfqan.
Bala dərdilə cümləsi ağlar.
Nə bir ehsan, nə xətmi-Quran var.
Baxasan hər tərəf cəsədlə dolu,
Bağlanıb xalq üçün nicat yolu.