Aləm-ara bir Günəşdir, ol rüxi-zibayə bax!
Aləmə şuriş salıbdır, fitnəyə, qovğayə bax!
Övladı, saldı tora ol nazlı ceyran qəlbimi,
Qəlbimi təsxir edən ol nərgisi-şəhlayə bax!
Canimi seyd etməyə ol zülfi-pürçin qəsd edib,
Mürği-dil seyd etməyə ol daneyi-yektayə bax!
Əqli başimdən alıb, gül tək yanağın, ey gözəl,
Qüvvəti qəlbdən alan ləblərdəki sövdayə bax!
Qaşları ol dilbərin göydə olub qövsi-kəman,
Qaşlara bir qıl təmaşa, sonra tazə ayə bax!
Ay üzü saçlar arasında yaratmış möcüzə,
Ildə bir yelda[i] olar, bir ay iki yeldayə bax!
Çün xuraman oldu dilbər, gülşən içrə naz ilə,
Sərvi xar etdi, əcəb, bu qaməti rənayə bax!
Qəddinin eşqiylə “gu-gu” eyləyər mürqi-dilim,
Hicrdən fəryad edən mən bülbüli-şeydayə bax!
Heç vücudində onun bir eybi yox, guya xuda,
Təkcə bir nurdan yaratmışdır onu, mənayə bax!
Həmdəmi gör vəhşilərdir, məskəni səhravü dəşt,
Binəva Heyran kimi gəl eşqdə rüsvayə bax!